“Abzas Media” saytının əməkdaşı saxlanılıbbackend

Abzas Media” saytının əməkdaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ona qarşı “Abzas Media” rəhbərliyi ilə eyni maddə (206.3.2 – qrup halında qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib və bildirilib ki, araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.