Açıq havada bu halda maska taxılmaya bilər – Həkimbackend

Açıq havada bu halda maska taxılmaya bilər – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Açıq havada olan zaman 2 metr məsafədə adam yoxdursa, maskasız gəzmək olar.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri həkim Rauf Qasımov ARB24-ün “İşgüzar səhər” verilişində səsləndirib.
Açıq havada ətrafda kiminsə olmadığı müddətdə maska taxılmasının tərəfdarı olmadığını bildirən həkim karantin tədbirləri çərçivəsində qəbul edilən qaydalara əsasən, maskadan istifadə edilməli olduğunu vurğulayıb.
“İnsanlar bir-birilə bir çox yerdə qarşılaşa bilərlər və onlar arasında virusa yoluxmuş hansısa şəxs olarsa, 1 və 1,5 metr məsafədə digərlərinin də yoluxma ehtimalı olar” -deyə həkim bildirib.