Açıq havada maska taxmaq qadağası ləğv olunur? – Açıqlamabackend

Açıq havada maska taxmaq qadağası ləğv olunur? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər cəmiyyətdə maskadan istifadə ilə bağlı narazılıq artıb. İsti hava şəraiti hökm sürdüyü üçün əksəriyyət bu qadağanın ləğv olunmasını tələb edir. Müşahidələrə əsasən, bir çox insanın artıq qadağaya bir o qədər məhəl qoymadığını da deyə bilərik. Belə ki, bəzi vətəndaşlar sadəcə polislərin dayandığı ərazidə maska taxmağa üstünlük verir.

Maraqlıdır, yoluxma sayının kəskin azaldığını da nəzərə alsaq, açıq havada maskadan imtina mümkündürmü?

NOCOMMENT xəbər verir ki, professor Adil Qeybulla yenisabah-a açıqlamasında bildirib ki, hazırda bu məsələ müzakirə mövzusudur: “Xüsusilə “Xarıbülbül” festivalında Prezident də qeyd etdi ki, açıq havada maska taxmağa ehtiyac yoxdur. Yəqin ki, Operativ Qərargah bunu nəzərə alacaq. Çünki doğrudan da, iaşə müəssisələrində, restoranlarda və s. insanlar saatlarla maskasız oturur, amma bayıra çıxanda maska taxır.

Bu, tam absurddur, uyğunsuzluq aradan qaldırılmalıdır. Yəqin ki, epidemioloji vəziyyət stabilləşdikcə məsələ gündəmə gələcək və qərar veriləcək”.