Açıq havada maska tələbi yenidən qayıda bilər – Millət vəkilibackend

Açıq havada maska tələbi yenidən qayıda bilər – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yoluxma ilə bağlı rəqəmlər hər gün artır. Bununla bağlı yenə həyəcan təbili çalmalıyıq”.
 
Bunu NOCOMMENT.az Bakupost -a istinadən xəbər verir ki, millət vəkili Vüqar İsgəndərov yoluxma halının artması ilə bağlı danışarkən deyib:
“Qarşıda duran əsas məsələ əhalinin əksəriyyətinin vaksin olunmasıdır. Artıq üçüncü doza vaksinlərin vurulmasına ehtiyac var. Çində artıq 3 yaşdan yuxarı uşaqlarda vaksinləşmə prosesinə start verilib. Yəni hazırda hər birimiz vaksinləşməyə fokuslkanmalıyıq”.
Millət vəkili vurğulayıb ki, kəskin qadağalar gözlədiyimiz effekti vermir:
“Ona görə də insanlar bu məsləyə fərdi olaraq yanaşmalıdır. Dünya Səhiyyə Təşkilatının bu pandemiydan çıxış yolu kimi tapdığı vasitə vaksinləşmədir. İnsanların əksəriyyəti vaksinləşəndən sonra nəsə deyə bilərik. Lakin hələ ki bu proses davam edir. Bu sahədə Azərbaycan geridə qalmayıb. Dünya reytinqində də vaksinləşmədə yuxarı cərgələrdəyik. Amma bununla razılaşmaq və arxayın olmaq olmaz.
Qarşıda keçiriləcək Operativ Qərargahın brifinqində küçələrdə maskanın taxılması bərpa oluna bilər. Lakin kəskin qadağalar, obyektlərin bağlanması və sairə ola bilməz. Dövlət müəssisələrin, ictimai iaşə obyektlərinin bağlanmasında maraqlı deyil. Lakin əhali də öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Düşünürəm ki, hansısa radikal addımlara ehtiyac yoxdur, xəstəxanalarda kifayət qədər yer var. Eyni zamanda vaksinləşmə də paralel gedir”.