Acun İlıcalının həbsi TƏLƏB EDİLİRbackend

Acun İlıcalının həbsi TƏLƏB EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyəli aparıcı və prodüser Acun Ilıcalının “NBA” ulduzu Cedi Osmanla aktrisa Ebru Şahinin toyunda nikah məmuru olması müzakirələr yaradıb.
NOCOMMENT.az BAKU.WS-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə məşhur prodüserin toyda şou göstərdiyi açıqlanıb. Bu səbəblə də ölkənin tanınmış vəkilləri Ilıcalıya sərt şəkildə etiraz ediblər.

Hüquqşünaslardan biri Çilər Nazife Koşar icazəsiz şəkildə dövlət məmurunun rəsmi paltarını geyinən hər kəsi 3 aydan 1 ilə qədər həbs cəzasının gözlədiyini bildirib.
Vəkillər Kollegiyası isə Acunun bütün vəkillərdən üzr İstəməli olduğunu vurğulayıb.