ABŞ-da kişi ad günündə ona hədiyyə verilən lotereya bileti sayəsində 1,1 milyon dollar udub.
NOCOMMENT.az xarici mediaya istinadla bildirir ki, dekabr ayında Miçiqan ştatından olan bir adam atasına ad günü hədiyyəsi olaraq “Lotto 47” bileti alıb.
“Mən tez-tez bilet almıram, ancaq bəzən uşaq olanda atamın bilet aldığı mağazadan alıram. Atam tirajdan sonra bileti yoxlayanda gördüklərinə inanmaq üçün ona bir neçə dəfə baxmaq məcburiyyətində qaldı”, – amerikalı bildirib.
Qeyd olunur ki, əvvəllər kişi 4 il ərzində eyni nömrələrdən istifadə edərək lotereyada 1,3 milyon dollar udub. Kişi bu uduşunu borcları ödəmək və ailəvi tətilə çıxmaq üçün istifadə etməyi planlaşdırır.\\Lent.az