Adamın əti tökülür, sifətlərini itiriblər – Rasim Balayev/VİDEObackend

Adamın əti tökülür, sifətlərini itiriblər – Rasim Balayev/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sənətləri ilə məşğul olsunlar. Öz üzərlərində çalışsınlar. Bir uğurlu roldan sonra rahat dayanmasınlar. Bilsinlər ki, daim inkişaf etmək lazımdır. Yadımdadır, biz elə işləyirdik ki, lazımsız sözlərə vaxtımız olmurdu. Biz ancaq bir-birimizə kömək edirdik. Yaxşı filmlərə baxıb oradan öyrənirdik”. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “Space maqazin”ə açıqlamasında deyib. Aktyor efirlərdə qalmaqalla gündəmə gələn aktrisaları qınayıb. Balayev onlara sənətlə məşğul olmalarını məsləhət görüb:

“Sənətinizlə məşğul olun. Neynirsiniz? Bir-birinizin şəxsiyyətini alçaldırsınız. Bir-birinizi biabır edirsiniz. Olmaz. Mən bunun tərəfdarı deyiləm. Çox təəssüf… Bizim vaxtımızda hamı bir-birinə o qədər səmimi yanaşırdı ki… Bunlar isə elə söhbətlər edirlər, elə mövzulardan danışırlar ki, adamın əti tökülür. Belə şeylərdən xoşum gəlmir. Öz sifətlərini itiriblər. Dodağı buradan sallanır. Üzü belədir. Bu nəyə lazımdır? Allah sənə nə veribsə, o olmalıdır”.