Türkiyədə Adananın Saimbəyli rayonunda baş verən meşə yanğını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.
NOCOMMENT xəbər verir ki, Ayvacık məhəlləsində tarlada küləşin yanması nəticəsində yüksələn alov yaxınlıqdakı meşəlik əraziyə keçib.
Xəbərdarlıq əsasında bölgəyə 2 helikopter və 9 su nasosu göndərilib.
Ekipajlar havadan və yerdən yanğına müdaxilə etməyə davam edir.