Adil Əliyev oğlunun avtomobil kolleksiyası xəbərindən danışdı – FOTObackend

Adil Əliyev oğlunun avtomobil kolleksiyası xəbərindən danışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin maşın kolleksiyasının olduğu haqda məlumat yayıılıb. Xəbəri sosial şəbəkədə xaricdə yaşayan blogger Həbib Müntəzir paylaşıb.

Bildirib ki, A.Əliyevin 27.02.1997-ci il təvəllüdlü oğlu Əli Əliyev dövlət nişanlı 99-HA-999 nömrə ilə bir neçə maşına sahibdir:

“Bildiklərim bunlardır, BMW X5 M, Porsche Panamera GTS və Jiquli VAZ-2107 (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə Cadillac Escalade sürür. Bəzən nömrəni BMW X5 M dəyişərək də qanunsuz olaraq istifadə edir”.

NOCOMMENT xəbər verir ki, A.Əliyev bu xəbərə cavab verib. Cavabı təqdim edirik:

“Həbib Müntəzir, əvvəla avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli, nömrə mövcuuddur. Ancaq avtomobil kolleksiyası mövcud deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan bəzi həmyerlilərimiz var. Təsəvvür edə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomobilə vurmaq olar?

Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub. Cəmi iki köhnə avtomobil. Bu qədər bəsit.

Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanların da BMW-si var. Küçələr doludur köhnə işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz. Heç olmasa, məlumatı verən adamlardan soruşardınız.

Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən. Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, mən də əli-əyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alqı-satqıda, təmir tikintidə iştirak etməmişik. Ona görə də, bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizin vasitənizlə həyata keçirirlər. Siz də bu yalanların alətinə çevrilirsiniz.

Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq sizin yalan üzərində qurduğunuz oyunlar, cinayətdən başqa bir şey deyil. Bir də kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə, mütləq Allah qarşısında cavab verəcəksiniz. Bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram”.