Adil Əliyev təltif olundubackend

Adil Əliyev təltif olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər naziri Vilayət Eyvazov millət vəkili Adil Əliyevi təltif edib.

NOCOMMENT xəbər verir ki, A.Əliyev bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” medalı ilə təltif edilməsi münasibətilə millət vəkili Daxili İşlər Nazirinə təşəkkür edib: “Azərbaycan Respublikasının daxili işlər naziri, general – polkovnik Vilayət Eyvazovun müvafiq əmriylə “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edildim. Ölkəmizdə polis orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman bu quruma yüksək diqqət və qayğı göstərilmişdir.

Fəxr edirəm ki, mən və yaxınlarım istər Ulu Öndərin, istərsə də Müzəffər Ali Baş Komandanın dövründə daxili işlər orqanlarında şərəfli xidmət yolu keçmişik. Cənab nazirə bir daha minnətdarlığımı bildirir, rəhbərlik etdiyi kollektivə uğurlar arzu edirəm.”