Adil Qeybulla həyəcan təbili çaldı: Dördüncü dalğa gəlirbackend

Adil Qeybulla həyəcan təbili çaldı: Dördüncü dalğa gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Hindistan ştammı çox aktuallaşıb. Onu ilk dəfə Hindistanın Şərqi Benqalliya ştatında Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları aşkarlayıb. Tədqiqatlara görə, virusda ikili mutasiya gedib. Yəni, B1617 və B1618 ikili mutasiya qeydə alınıb.

NOCOMMENT xəbər verir ki, bunu teleqraf-a açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, mutasiya nəticəsində virusun genomunda olan arxitektonika, nufliotit zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb: “İkili mutasiya nəticəsində virusun immun reaksiyadan yayınma qabiliyyəti var. Yəni, orqanizmdə ola bilsin ki, immunitet virusa qarşı həssas olmasın, bu isə çox təhlükəlidir. Bu gün Hindistanda ölü sayı 3 min nəfərə qədərdir. Küçələrdə kütləvi meyitlərin yandırılması, klematsiyalar həyata keçirilir. Bir tərəfdən dünya narahatdır ki, bu klematsiyalar virusu yenidən aktivləşdirə bilər. Amma bu belə deyil. Yüksək temperaturda viruslar dərhal deformasiya olunur və öz aktivliyini itirir”.

Adil Qyebullanın fikrincə, Hindistanda meyitlərin yandırılması ekoloji problem yarada bilər: “Hindistanda küçələrdə meyitlərin yandırılması ənənəvi hal olub. Orada adətən meyitlər ya yandırılır, ya da çaya atılırdı. Çox çətin situasiya yaranıb.

Bu gün qeyd olunur ki, San Fransiskoda Stenford Universitetinin klinik virusologiya institutunun əməkdaşları da bu virusun Hindistan ştammı olduğunu müəyyən ediblər. Artıq bunun Rusiyada olması da güman edilir. Əgər ştamm yayılsa, dördüncü dalğa hesab olunacaq. Bəzi alimlər bunu ikili mutasiya olduğu üçün pandemiyamın yeni mərhələsi sayırlar. Dünya bu gün belə çətinlik qarşısındadır.

Hesab edirəm ki, biz çox ehtiyatlı olmalıyıq. Karantin davranışlarına əmək etməl vacibdir. Çünki bütün ölkələrdə insanlar yorulub, resurslar tükənib. Yeni dalğa olarsa, böyük itkilərlə müşayiət oluna bilər. Koronavirusla bağlı verilən proqnozlar özünü doğrultmur, hələlik pandemiyanın sona çatmaq niyyəti yoxdur. Hindistan ştammının hansı davranış sərgiləyəcəyi narahat edir, buna görə də qaydalara çox ciddi əməl etməliyik”.