Adıyaman qubernatoru istefa verdibackend

Adıyaman qubernatoru istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraş mərkəzli zəlzələlərin vurduğu vilayətlərdən biri olan Adıyamanın qubernatoru Mahmut Çuhadar istefa verib.

NOCOMMENT.az xəbər verir ki, o, səhhətindəki problemlərə görə vəzifəsindən istefa verdiyini açıqlayıb.

Çuhadar yazılı açıqlamasında, “Yaşadığım səhhət problemlərinə görə təxminən 3 ildir Adıyaman qubernatoru olaraq icra etdiyim vəzifəmdən ayrılıram. 06.02.2023 tarixində yaşadığımız zəlzələ fəlakətinin yaralarının dövlətin və millətin həmrəyliyi ilə sağalacağına tam inanıram. Adıyaman və Adıyamanlı həmvətənlərim hər zaman qəlbimizdə xüsusi yer tutacaq. Allah hamımıza kömək olsun”, – deyə bildirib.

NOCOMMENT.AZ