Adnan Oktar içəridə də sakit dayanmır: görün nələr edirmişbackend

Adnan Oktar içəridə də sakit dayanmır: görün nələr edirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adnan Oktarın həbsxanada təşkilatçılıq fəaliyyətini davam etdirməsi iddiaları ilə bağlı istintaq tamamlanıb.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, 8 min 658 il həbs cəzasına məhkum edilən Adnan Oktarın təşkilatçılıq fəaliyyətini xüsusilə vəkilləri vasitəsilə aparmağa çalışdığı iddiası ilə bağlı istintaq tamamlanıb. Hazırlanan ittihamnamədə Oktarın 43,5 ilə qədər həbsə məhkum edilməsi istənilib.

İddianamədə şübhəli Oktarın xüsusilə vəkilləri və digər təşkilat rəhbərləri Meltem Daban və Ferhunde Eda Babuna vasitəsilə təşkilatı yaşatmağa çalışdığı və təlimatlarının həbsxana xaricinə yayılmasını təmin etdiyi bildirilib.

Eyni zamanda o, digər təşkilat rəhbərləri vasitəsilə məhkəmənin qurama olduğu barədə ictimai rəy yaratmaq və xüsusilə siyasi lobbi dəstəyi almaq üçün fəaliyyət göstərib.