ADY təkzib etdi: Aysel Soltanova İŞDƏN ÇIXARILMAYIBbackend

ADY təkzib etdi: Aysel Soltanova İŞDƏN ÇIXARILMAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən sədr müşaviri Aysel Soltanovanın vəzifəsindən azad edilməsi məsələsinə aydınlıq gətirilib.

NOCOMMENT.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, A.Soltanova işdən azad edilməyib, o, hazırda da vəzifəsini icra edir.

11:54

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.

O, “Azerkosmos”, “Baktelecom” və “Aztelekom” kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya “Toyota Corolla” markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı. ADY isə bu məlumat təkzib etmişdi.