“Aeroflot” sərnişinlərə biletlərin alınması ilə bağlı problemlər barədə xəbərdarlıq edibbackend

“Aeroflot” sərnişinlərə biletlərin alınması ilə bağlı problemlər barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Aeroflot” aviaşirkəti Leonardo rezervasiya sistemində nasazlıq olduğunu bildirdi və bu, bütün platformalarda – şirkətin saytından tutmuş bilet kassalarına qədər biletlərin verilməsində problemlər yaradıb. Bu barədə Aeroflotun saytında bildirilir.

“Leonardonun (Sirena-Travel) bronlaşdırma sistemindəki nasazlıq səbəbindən bütün satış kanallarında (Aeroflot saytı, agentlər və s.) biletlərin qeydiyyatı çətindir. Hazırda xidmət provayderi sistemin normal fəaliyyətini tez bir zamanda bərpa etmək üçün tədbirlər görür”, – deyə şirkətdən bildirilib.

Qeyd olunur ki, internet saytında, hava limanında və tətbiqdə sərnişinlərin qeydiyyatı sistemi adi rejimdə işləyir.