Aeroport yolunda qəza tıxac yaratdıbackend

Aeroport yolunda qəza tıxac yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aeroport şossesində (Hava limanı istiqamətində Ramana körpüsünü enən hissədə) yol-nəqliyyat hadisədi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) NOCOMMENT-ə verilən məlumata görə, bu səbəbdən hazırda aeroport şossesində, Sabunçu körpüsünün yanından başlayaraq hava limanı istiqamətində hadisə baş verən yerədək sıxlıq yaranıb.

“Məlumat üçün bildiririk ki, hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə, o cümlədən Q.Qarayev, H.Əliyev və Z.Bünyadov prospektlərində, K.Rəhimov, Y. Səfərov küçələrində sıxlıq müşahidə olunur. Sıxlıq səbəbindən bır sıra müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var”, – deyə BNA-nın sözçüsü Mais Ağayev Feysbuk hesabında vurğulayıb.