Aeroportda məni ölümlə hədələdibackend

Aeroportda məni ölümlə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə hədələndiyini bildirən şəxs polisə müraciət edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı, 1981-ci il təvəllüdlü C.Orucov DİN-in 102 xidmətinə zəng edərək Heydər Əliyev Hava Limanında naməlum şəxsin hücumuna məruz qaldığını bildirib.

Şikayətçi qeyd edib ki, əvvəllər tanımadığı şəxs aeroportda olarkən ona yaxınlaşıb və C.Orucovun fotolarını həyat yoldaşına göndərdiyini bildirib. Buna görə onu öldürəcəyi ilə hədələyib.

Müraciətlə bağlı Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.