Aeroportdan şəhərə taksi qiyməti FANTASTİK səviyyəyə qalxdıbackend

Aeroportdan şəhərə taksi qiyməti FANTASTİK səviyyəyə qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı aeroportunda bütün taksilərin kənarlaşdırılması və yalnız 1 taksi şirkətinə şərait yaradılmasının acı nəticəsi ortaya çıxıb. Artıq bu şirkətin taksiləri sərnişinləri şəhərə 50-70 manata gətirməyə başlayıb.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri sosioloq Elçin Bayramlı qeyd edib.

“Taksiyə o qədər pul vermək istəməyən bir çox sərnişin əllərindəki yüklərlə birgə piyada magistral yola gəlib, taksi sifariş edib, ünvana gedirlər.

Bunun qarşısı dərhal alınmalıdır. Aeroport yolundan başqa taksilərin və digər maşınların istifadəsi qadağan edilməlidir.

Yalnız qırmızı taksilərə bu yoldan istifadə etməyə icazə verilməlidir. Yoxsa bəziləri min bir əziyyətlə qurulmuş, dünyada analoqu olmayan monopoliya sistemi pozurlar”, – deyə sosioloq rişxəndlə bildirib.