“AFB Bank”: İki əməkdaşımızda COVİD-19 infeksiyası aşkar edilmişdibackend

“AFB Bank”: İki əməkdaşımızda COVİD-19 infeksiyası aşkar edilmişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, bu barədə açıqlama ilə “AFB Bank” çıxış edib.

Bank ötən gün saytımızda əməkdaşlarının koronavirus infeksiyasına yoluxması və bununla əlaqədar təqribən 50 nəfərə yaxın əməkdaşının karantinə alınması, eyni zamanda filiallarda mütəxəssis çatışmazlıq səbəbindən bankın gündəlik iş rejiminə təsir etməsi ilə bağlı iddialara təkzib cavabı ilə münasibət bildirib. Bank birmənalı olaraq qeyd olunan əməkdaşların karantinə alınmadığını, bankın gündəlik iş rejiminə heç bir təsirin olmadığını və mütəxəssis çatışmazlığı ilə bağılı çətinlik yaranmadığını bildirir. “AFB Bank” ASC-nin bütün filial və şöbələri fəaliyyətini və müştərilərə xidməti davam etdirir.

Lakin, bank saytımızın qeyd etdiyi kimi əməkdaşları arasında COVİD-19 infeksiyasına yoluxmanı təsdiq edir.

NOCOMMENT.az olaraq bankda yaranmış mövcud bəzi məqamlara və bankın özünün də faktı təsdiqləyərək, bu faktın yarada biləcək real və təbii fəsadlarını təəssübkeşlik baxımından təkzib etməsinə aydınlıq gətirmək istərdik.

Bank saytımıza ünvanladığı rəsmi məlumatda əməkdaşları arasında koronavirusa yoluxma faktını inkar etmir və təsdiq edir. Bəs nədənsə əməkdaşı koronavirus infeksiyasına yoluxan filial əməkdaşlarının karantinə alınması xəbərini ciddi inadla təkzib edir. O zaman bank Ümumdünya Səhiyyə Təşkilatı, TƏBİB və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq təlimatlarına uyğun olaraq COVİD-19 infeksiyası aşkarlanmış bir müassisədə digər əməkdaşların karantinə alınması göstərişini kobud şəkildə pozmurmu?

Əslində də öncə yazılmış xəbərdə olduğu kimi ən doğru və təlimata uyğun addım da elə əməkdaşların karantinə alınması idi ki, bank bunu təkzib etməyə cəhd edir. Bəlkə də karantinə alınmış əməkdaş sayında fərq ola bilər, amma ümumi görünənləri bankın təkzib etməsi məsələnin ciddi olmasından xəbər verir.

Əməkdaşları arasında Koronavirus infeksiyası aşkar edilən bir müəssisənin və ya təşkilatın lokal olaraq karantinə alınması tək həmin əməkdaşların virusa yoluxma ilə sığortalanmış olması deyil, eyni zamanda işçisi virusa yoluxmuş filialda çalışan o bank əməkdaşlarının minlərlə insana, müştəriyə xidmət göstərərək, onların da sağlamlığına və həyatına ciddi təhlükə yaratmış olurlar. Bax məsələnin əsas ciddi tərəfi də budur.

Nədənsə “AFB Bank” baş vermiş olayı təsdiq edir, amma virus aşkar edilən filialda həmin virus daşıyıcısının münasibətdə olduğu digər əmıkdaşlarının da karantinə alınmasını təsdiq etmir. Əgər doğrudan da virus aşkar edilən həmin filial əməkdaşları karantinə alınmayıblarsa bu ciddi siqnal və TƏHLÜKƏDİR. 

Qeyd olunan bu məsələyə bankdan rəsmi mövqe olaraq bildiribilər ki, infeksiya aşkar olunan filiallar həmin dönəmdə karantinə bağlanmış, tam dezindeksiya işləri aparıldıqdan sonra müştərilərin istifadəsinə açılmışdır. 

Digər bir məsələ isə baş verən olayın bankın gündəlik iş rejiminə təsir etməsi, karantinə alınmış işçilər səbəbindən işçilər arasında mütəxəsis çatışmazlığı və filiallar arsında işçilərini transfer edərək bu ehtiyacın ödənilməsinin təkzibidir.

Bu məsələdə də bank özünün bir tərəfli təəssübkeş mövqeyini ortaya qoyur.

Əməkdaşları arasında COVİD-19 infeksiyası aşkarlanan bir müəssisə digər əməkdaşları da sığortalamaq baxımından karantinə alıb, müayinə və müalicəyə göndərirsə bu sözügedən mütəxəssis çatışmazlığına və filiallar arasında transfer üçün təbii bir haldır. Bank isə filial və şöbələrdə mütəxəssis çatışmazlığının hiss olunmadığını vurğulayır. 

Bir daha qeyd edirik ki, bank bunu etməyibsə ciddi bir nöqsandır və həyəcan siqnalı çalınmaq üçün bir səbəbdir.
Belə ki, bank xidmət sektorudur və gün ərzində həm öz müştərilərinə, həm də “190 manat” birdəfəlik müavinət alan minlərlə aztəminatlı insana xidmət göstərir.

Bankda mütəxəsis çatışmazlığını əyani sübutu isə filiallarda əvvəllər xidmət göstərən əməkdaşların yarıya qədər azalması və “190 manat” birdəfəlik müavinət verən bir bank filialalrı qarşısında sıxlığın yaranmasıdır. Eyni zamanda filial qarşısına toplanmış insanlar arsında karantin qaydalarının, ara məsafəsinin göslənilməməsi və bank tərəfindən buna şəraitin yaradılmasıdır. Qeyd edirik ki, bank filiallarından bu insanlara xidmət göstərən personal bu yükü tam gücü ilə daşıya bilmədiyindən sıxlıq yaranır. İnsanlara isə bunu əməkdaş çatışmazlığı ilə bağlı olduğunu bildiriblər. Bəzi filiallarda bu insanlara xidmət göstərmək üçün yalnız bir əməkdaş çalışır.

Əksər banklar nahar fasiləsində belə yarı işçi qüvvəsi ilə çalışdığı bir vaxtda “AFB Bank” fasilə zamanı qapılarını müştərilərinin üzünə bağlayır və bunu işçi çatışmazlığı ilə əsaslandırır. Sözügedən məsələdə bank əməkdaşlarının nahar fasiləsində bütün filial və şöbələrin iş saatlarının kommunikasiya etdiklərini və bu əməkdaşların pressinq altında yüklənməməsi, şəxsi motivasiya və məhsuldarlığın yüksəldilməsi üçün nahar fasiləsi rejiminə riayət etdiklərini bildiriblər.
Lakin xidmət sektorunun pandemiya dönəmində bu addımı atması nə dərəcədə doğrudur?

Bu zaman 8103-ə SMS göndərərək 2 saatlıq icazə ilə 190 manat birdəfəlik müavinətini almağa gələn əməkdaşın sıxlıq səbəbindən vaxtı bitir. Bu vətəndaş ya yenidən səhərisi gün gəlməli və ya gözləyərək müavinətini almalı, eyni zamanda icazə saatı bitmiş olduğundan karantin qaydasını pozmuş olmalıdır. Bu zaman isə minimal olaraq 100 manat cərimə ödəməlidir.

Əslində məsələnin həlli o qədər çətin olmasa da bank, baş vermiş olayın həll edilməsi istiqamətində addımlar atmalı olduğu halda, birmənalı olaraq ciddi cəhdlə baş verənləri təkzib etməyə çalışır.

Axı banklarda müştəri məmnuniyyəti (CRM) və böhranın idarəedilməsi (Crisis Communication) strategiyası olmalı və bundan çıxış edilməlidir.
Sanki hər hansı bir təşkilat və əməkdaşının COVİD-19 virusuna yoluxması bir qəbahət və ayıbdır. Sonda da bu nöqsan kimi qəbul edilərək gizlədilir ki, bu daha böyük qanun pozuntusudur.

Bəs görəsən əməkdaşlarında koronavirus infeksiyası aşkarlanan bank bunun üçün hansı addımları atdı? Nəyə görə TƏBİB və digər aidiyyatı orqanlar bu bankı karantinə almadı? Ümumiyyətlə bu barədə ictimaiyyətə hər hansı bir məlumat verildimi? Axı, “AFB Bank” öz müştəriləri ilə yanaşı minlərlə “190 manat” birdəfəlik müavinəti almağa gələn insanlara xidmət göstərən bir bankdır.

Baş verənləri inkar və təkzib etmək, böhranın idarəedilməsi deyil. Yeni bir böhrana yol açmaq və miqyasını daha da böyütməkdir.

NOCOMMENT.az