“AFB Bank”-ın bütün filialları fəaliyyətini davam etdirirbackend

“AFB Bank”-ın bütün filialları fəaliyyətini davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC-nin bütün filialları fəaliyyətini davam etdirir.

NOCOMMENT.az olaraq bankın jurnalist etikasından və KİV haqqında Qanundan çıxış edərək bankın təkzib mövqeyini təqdim edirik.

“AFB Bank kütləvi informasiya vasitələrində 50 nəfər əməkdaşının COVİD-19 pandemiyasına görə karantinə alınması ilə bağlı yayılmış xəbərə münasibət bildirib. Bankdan “NOCOMMENT.az”-a verilən məlumata görə 50 nəfər işçinin karantinə alınması həqiqəti əks etdirmədiyindən təkzib olunur. Təəssüflər olsun ki, indiyə qədər ümumilikdə ayrı-ayrı dövrlərdə 2 əməkdaşımızda koronavirus infeksiyası aşkar olunmuşdur. Lakin, onların vəziyyətində ağırlaşma olmamışdır. Həmçinin yayılan xəbərdə öz əksini tapan bankın gündəlik iş rejiminin dəyişməsi və əməkdaşlar arasında mütəxəssis çatışmazlığı əsassız informasiyadır. Məlumat üçün bildirilir ki, “AFB Bank” ASC-nin bütün filial və şöbələri fəaliyyətini və müştərilərə xidməti davam etdirir.

Hər zaman əməkdaş və müştərilərinin qayğısına qalan AFB Bankda Nazirlər Kabineti yanında Operativ Qərargahın “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”na və nəzərdə tutulmuş tədbirlər, o cümlədən sosial məsafə, qapalı məkanda maskalardan istifadə, dezinfeksiya edici məhlullarla təmin edilmə və ofis ərazisinin müntəzəm dezinfeksiyası ilə bağlı zəruri tədbirlərə müntəzəm əməl edilmişdir. Həmçinin, əlavə tədbirlər kimi Bankın baş ofisinin əksər əməkdaşları məsafədən işlərini davam etdirirlər.

Hal-hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.