AFB Bank vətəndaşlara bildiriş sms-ləri göndərməyibbackend

AFB Bank vətəndaşlara bildiriş sms-ləri göndərməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayının birdəfəlik müavinətləri vətəndaşların kart hesabına köçürülsə də bu barədə AFB Bank tərəfindən vətəndaşlara bildiriş sms-ləri göndərilməyib.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə may ayında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunması üçün verilən lokal plastik kartlara may ayı üçün nəzərdə tutulan bu vəsait hesaba otursa da vətəndaşlar bundan xəbərsiz qalıblar.

Lakin məlum olub ki, bildiriş sms-ləri gəlməsə də vətəndaşlar AFB Bank ATM-lərindən bu vəsaiti nağdlaşdıra biləcəklər.