Almaniya üçün Alternativin (AfD) həmsədri və Almaniya kanslerine namizəd Alice Weidel hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında mümkün görüş Ukraynadakı münaqişəyə son qoymaq üçün yaxşı siqnal olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tass məlumat yayıb.
“Tramp və Putin arasında görüş Ukraynada müharibəyə son qoymaq üçün yaxşı siqnal olardı. Biz çoxdandır ki, daha çox silaha güvənmək əvəzinə diplomatiyaya çağırırıq”, – o, “eskalasiya spiralını dayandırmağa” çağırıb. “
Tramp daha əvvəl Putinlə danışıqlar aparmaq istədiyini bildirmiş və bunun vəzifəyə gəldikdən sonra ilk altı ay ərzində baş verə biləcəyini etiraf etmişdi. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hələlik Amerika tərəfdən belə bir əlaqə üçün müraciət olmayıb.