Afət Fərmanqızı aeroportda saxlanıldıbackend

Afət Fərmanqızı aeroportda saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Afət Fərmanqızı saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Afət Fərmanqızı bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polis tərəfindən saxlanılaraq aidiyyəti üzrə məhkəməyə təhvil verilib.

Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Afət Fərmanqızının işinə baxılır.

Bildirək ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək polisə təşəkkür edib:

“Biz burdayıq, hər şey gözəldir. Azərbaycan polisinə təşəkkür edirik”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi. İşə Binəqədi Rayon Məhkəməsi baxıb.

Ekspert rəyləri də Xalq artistinin iddiasının əsaslı olduğunu göstərib, A.Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və ləyaqəti ləkələyən sözlər olduğu sübut edilib. Məhkəmə mülki iddianı qismən təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.

Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.