Afət Fərmanqızı işə baxan hakimdən şikayətçidir – VİDEObackend

Afət Fərmanqızı işə baxan hakimdən şikayətçidir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimova ilə davam edən məhkəməsi barədə danışıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, ifaçı məhkəmənin hakimi Mahirə Kərimovanın onun hüquqlarını pozduğunu deyib:

“Mən Həsənova Afət Fərman qızı Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edirəm. Diqqətinizə çatdırıram ki, mən 2019-cu ildə mən İmadəddin Nəsiminin qəzəlinə mahnı ifa etdim. Həmin vaxt Flora Kərimova adlı müğənni məni tənqid etməyə başladı, ictimai nüfuzuma xələl gətirdi, təhqirə yol verdi, amma mən əhəmiyyət vermədim. Üstündən üç il keçdikdən sonra o məni Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etdi. Biz vəkilimlə düşündük ki, məni ittiham etdiyi maddələrin vaxtı keçib və mən heç bir cavabımda onun adını çəkməmişəm. Düşündük ki, məhkəmə bunu icraata götürməyəcək, lakin hakim Mahirə Kərimova bizi təəccübləndirdi. Belə olan halda biz düşündük ki, bu məsələnin arxasında çox ciddi qüvvələr dayanır”.

Həmin görüntüləri təqdim edirik: