AFFA Aslan İsmayılovu məhkəmə ilə hədələdibackend

AFFA Aslan İsmayılovu məhkəmə ilə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tanınmış hüquqşünas Aslan İsmayılovu məhkəmə ilə hədələyib.

NOCOMMENT.az xəbər verir ki, AFFA-nın məlumatına görə, Aslan İsmayılov Facebook sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası barədə böhtan xarakterli məlumatlar yayıb:

“O, AFFA-nı korrupsiyada ittiham edib. İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər.

Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır.

Aslan İsmayılov qeyd olunan Facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”.

Aslan İsmayılov isə AFFA-ya cavabında bildirib ki, o, məhkəməyə hazırdır:

“Mən hazır, ona görə ki, AFFA məsullarından fərqli olaraq hər yazıdığımı anlayıram və məsuliyyətini dərk edirəm. Facebook statusumda qaldırdığım konkret problemə də AFFA münasibət bildirsə, çox maraqlı olardı. Nə üçün fəhlələrin 5 min 800 manat pulu iki ildən artıqdır ki, ödənilmir?!”.

A.İsmayılov Facebook izləyicilərindən xahiş edib ki, AFFA barədə bildikləri korrupsiya, qanun pozuntusu faktlarını onun diqqətinə çatdırsınlar.