AFFA-dan hakimi təhqir edən Şəhriyara 4 oyunluq cəzabackend

AFFA-dan hakimi təhqir edən Şəhriyara 4 oyunluq cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi “Keşlə”nin futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.

NOCOMMENT.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları matçın 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub. Bu hərəkətinə görə futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bundan başqa, “Keşlə” 3 min 200 manat məbləğində cərimələnib./Yenisabah.az