KoronaVirus İnformasiya Portalı
AFFA-dan Premyer Liqa və I Divizionla bağlı açıqlamabackend

AFFA-dan Premyer LiqaI Divizionla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyəyə növbəti həftələrdə baxılacaq.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi xəbər yayıb.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla hər iki çempionatın taleyi qarşıdakı günlərdə müzakirə olunacaq.

Həmçinin qeyd olunub ki, AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunacaq. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal federasiyası qərar qəbul edəcək.