AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcəkbackend

AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Belə ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

NOCOMMENT.az -ın məlumata görə, İrəvandakı təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.

Bu barədə qurumun mətbuat katibi Elnur Məmmədli bildirib:

“Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan – Xorvatiya oyununda təxribata əl atıblar. Bu dəfə dronla qondarma rejimin  “bayrağı”nı qaldırıblar. Bu  qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.