AFFA Premyer Liqanı və ölkə kubokunu başa çatdırıbbackend

AFFA Premyer Liqanı və ölkə kubokunu başa çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan futbolunda 2019/20 mövsümünün taleyinə aydınlıq gəlib.

AFFA-nın İcraiyyə Komitəsindən NOCOMMENT.az-a verilən məlumata görə, bu addım qurumun videokonfrans formatında təşkil olunan iclasında aparılan müzakirələrdən sonra atılıb. Koronavirus pandemiyası üzündən yaranan vəziyyəti, ölkədəki karantin rejimini və avqustun 3-dək avrokubokdakı təmsilçilərin müəyyənləşməli olduğunu nəzərə alan AFFA Premyer Liqa və Azərbaycan kubokunda mövsümü yarımçıq başa çatdırmağa qərar verib.

Çempionatda 20 turdan sonra yaranan turnir cədvəli yekun kimi qəbul olunub. Son 8 turu oynanılmayan Premyer Liqada “Qarabağ” çempion elan edilib. “Neftçi” gümüş, “Keşlə” bürünc medalçı hesab olunub. Sonuncu iki komanda Avropa Liqasında, ağdamlılar isə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

Azərbaycan kuboku isə yarımçıq qalıb. Yarımfinal və final oyunları qalan turnir qalibsiz başa çatıb.

Bu səbəbdən də Premyer Liqada 4-cü yerin sahibi də Avropa Liqasına vəsiqə əldə edib. “Sumqayıt” qitənin ikinci dərəcəli klub turnirində oynayacaq.

Sonuncu yeri tutan “Qəbələ”nin Premyer Liqada qalıb-qalmamasına isə yeni mövsüm ərəfəsində – lisenziyalaşmanın nəticələrindən sonra dəqiqləşəcək.

1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 5 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19