AFFA prezidenti Qarabağ-ı təbrik edibbackend

AFFA prezidenti Qarabağ-ı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” komandasını qələbə münasibətilə təbrik edib.

AFFA-dan NOCOMMENT-ə verilən məlumata görə, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilmiş “Legiya” (Polşa) – “Qarabağ” oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla telefonla əlaqə saxlayaraq möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə komandanın bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib və qrup mərhələsində uğurlar arzulayıb.