AFFA-ya yeni baş katib təyin olundubackend

AFFA-ya yeni baş katib təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Futbol Federasiyaları Assosiyalarının (AFFA) baş katibi dəyişib.

AFFA-dan NOCOMMENT.az-a verilən məlumata görə, bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib.

AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.

O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.