AFP: Türkiyədə zəlzələ qurbanları səs verə bilməyəcəklərindən narahatdırlarbackend

AFP: Türkiyədə zəlzələ qurbanları səs verə bilməyəcəklərindən narahatdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Frans-Press Agentliyi” (Agence France-Presse – AFP) Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkənlərin 14 May seçkilərində iştirak edə bilməməkdən “narahat olduqlarını” yazıb.

NOCOMMENT.az xəbər verir ki, agentlik “Türkiyədə zəlzələdən sağ çıxanlar may ayında keçiriləcək seçkilərdən kənarda qalmaqdan qorxurlar” başlıqlı xəbər yayımlayıb.

Xəbərdə, Kahramanmaraşda baş verən zəlzələlərdə təxminən 50 min insanın həyatını itirdiyi, ən az 3 milyon vətəndaşın isə evlərindən didərgin düşdüyü bildirilib.

Məlumatda hökumətin zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin gecikməsi səbəbindən vətəndaşların ‘qəzəbi’ ilə üzləşdiyi vurğulanıb.

Agentlik Antakyada zəlzələdən sağ çıxanlardan biri ilə söhbət etdiyi şəxsin “Bu qəzəbi qutuda göstərməyimiz çox vacibdir” sözlərini sitat gətirib.

NOCOMMENT.AZ