Afrika bunu düşünürsə, Aİ dəstəkləməyəcəkbackend

Afrika bunu düşünürsə, Aİ dəstəkləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Afrika ölkələri liderlərinin Ukrayna ilə bağlı təşəbbüsündə münaqişənin dondurulması təklifi olsa, bu fikri dəstəkləməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

O qeyd edib ki, Aİ sülhə nail ola biləcək bütün konstruktiv təşəbbüsləri alqışlayır, ancaq Ukrayna Rusiyanın bildirdiyi mövcud reallıqları tanımalı olduğu halda bu mümkün deyil.

“Biz ukraynalıların hüquqlarını, onların suverenliyini və ərazilərini bərpa edəcək sülh istəyirik. Əgər kimsə Rusiyanı inandıra bilsə ki, o, Ukraynanı tərk etməlidir biz bunu dəstəkləyəcəyik. Lakin söhbət atəşkəsdən və mövcud mövqelərin fiksasiyasından gedirsə, deməli, bu sülh deyil. Bu, bizim mövqeyimizdir”, – Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, iyunun 15-də BMT-nin baş katibi Antonio Quterreş Afrika ölkələrinin Ukraynadakı münaqişənin həlli təşəbbüsünü vacib hesab etdiyini bildirib. Altı Afrika ölkəsi Rusiya və Ukrayna arasında vasitəçilikdə fəal iştirak etməyə hazırdır. Belə ki, mayın 19-da Misirin Moskvadakı səfiri Nazih Nagari qeyd edib ki, davam edən münaqişə təkcə Avropanın deyil, həm də Afrikanın sabitliyinə təsir edir.

publika.az