Burkina Fasonun ictimai xidmət, əmək və sosial müdafiə naziri Bassolma Bazie Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında çıxışında “Afrika dünyada insanların onları yoxsullaşdıran, ac saxlayan və işgəncə verənlər üçün mahnı oxuduğu, rəqs etdiyi və əl çaldığı yeganə qitədir. Biz alt-üst olmuş bir dünyadayıq! Milyarderlərin yatdığı çimərliklərdə cəsədlər zibil qutusuna atılır. Bizim ümumi məqsədimiz uşaqlarımıza yaxşı sosial mühitə malik bir dünya buraxmaqdır. Söhbətlər, praktikalar və reallıqlar arasında uyğunsuzluq var” deyə qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, Fransanın Qərbi Afrikanı istismar etdiyini ifadə edən Bazie çıxışı zamanı “Fransa bizdən sui-istifadə etdi, bizi talan etdi. Afrika liderləri olaraq bizim məsuliyyət payımız nədir? Biz Afrika liderləri tapdalanmağa hazır deyilikmi? Əslində, biz heç olmaq üçün kimliyimizi tərk etdik. Reallığımıza uyğun gəlməyən xaricdən gətirilən adlara yer açmaq üçün adlarımız yoxa çıxdı. Biz mədəniyyətimizi qorumalıyıq” ifadələrinə yer verib.
Qərbi Afrika ölkəsi Toqonun xarici işlər naziri Robert Dusninin sözləri də BMT-də iz qoyub. “Afrika və Qlobal Cənub xalqları özlərini alçaldılmış və insanlıqdan kənar hiss etdikləri üçün məyus olurlar. Bəzən özlərinə sual verirlər: “Sən kimsən ki, bizim insanlığımızı bu cür xor edirsən? Necə təhqir edirsən?” deyə o qeyd edib.