Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda çoxmərtəbəli binada yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, Cənubi Afrika Fövqəladə Halların İdarə Olunması Xidmətindən verilən açıqlamaya görə, hadisə səhər saatlarında baş verib.
İlkin məlumatlara görə, bir körpə də daxil olmaqla 52 nəfər ölüb, çoxlu sayda yaralı var.
Ölənlərin sayının artmasından narahat olduqlarını qeyd edən səlahiyyətlilər, yanğının böyük ölçüdə nəzarət altına alındığını, lakin içəridə hələ də güclü tüstünün qaldığını qeyd edib.
Axtarış-xilasetmə işləri davam edir.