Afrikalıların 48 faizinin səhiyyə xidmətinə çıxışı yoxdurbackend

Afrikalıların 48 faizinin səhiyyə xidmətinə çıxışı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı afrikalıların 48 faizinin ehtiyac duyduqları səhiyyə xidmətlərinə çıxışı olmadığını bildirdi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ümumdünya Sağlamlıq Günü çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Zimbabve ofisindən məlumat verilib.

Bildirilib ki, afrikalıların 48 faizi zəif sağlamlıq sistemləri və maliyyə maneələri, eləcə də ixtisaslı tibb işçiləri, dərmanlar, tibbi məhsullar və innovativ texnologiyalara çıxışın olmaması səbəbindən ehtiyac duyduqları səhiyyə xidmətlərindən istifadə edə bilmir.

Açıqlamada Sahara Altı Afrikada səhiyyə xərclərinin təxminən 25 faizinin xalqın cibindən çıxdığı və “Bu vəziyyətin yoxsulluq həddində olan milyonlarla insanın vəziyyətini pisləşdirdiyi” qeyd edilib.

NOCOMMENT.AZ