Afrikanın 11 ölkəsində vəba epidemiyası “narahatedici” səviyyəyə çatıbbackend

Afrikanın 11 ölkəsində vəba epidemiyası “narahatedici” səviyyəyə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Afrikanın 11 ölkəsində vəba epidemiyasının “narahatedici” səviyyəyə çatdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) regional direktorunun müavini Lieke van de Viel açıqlamasında xüsusilə Afrikanın cənubundakı vəba epidemiyasına diqqət çəkib.

Malavi və Mozambikin epidemiyadan ən çox təsirlənən ölkələr arasında olduğunu qeyd edən Viel, epidemiyanın bu qədər ölümcül olacağını və yayılacağını təxmin etmədiklərini ifadə edib.

Məlumata görə Afrika ölkələri arasında Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox təsirlənən ölkələr sırasındadır.

“Vibrio” bakteriyasının səbəb olduğu, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluq yaradır. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi, təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.