Ağ Ev: ABŞ-yə qanunsuz daxil olan hər kəs cinayətkar sayılacaqbackend

Ağ Ev: ABŞ-yə qanunsuz daxil olan hər kəs cinayətkar sayılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-yə qeyri-qanuni yollarla daxil olan hər kəs cinayətkar hesab olunacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.

Livitt mətbuat konfransında ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı açıqlamalar verib.

Livitt qeyri-qanuni immiqrasiya ilə mübarizə ilə bağlı xüsusilə sərt mesajlar verərək ABŞ-a qanunsuz daxil olan hər kəsin cinayətkar sayılacağını bildirib.

O, Tramp administrasiyasının sərhəd təhlükəsizliyini gücləndirmək üçün bütün federal qurumlarla işlədiyini və sərhəd divarının tikintisinin tamamlanma prosesinin sürətləndirildiyini deyib.