Berlində ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolz arasında danışıqların əsas mövzusu Ukraynaya dəstək olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Əsas müzakirə mövzuları, əlbəttə ki, Ukrayna, yenidənqurmaya kömək etmək üçün Rusiyanın suveren aktivlərindən istifadə etmək yolunu tapmaq üçün Aİ ilə necə işləməyə davam edəcəyimizlə bağlı gələcək müzakirələr idi”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Bundan əlavə, tərəflər Vladimir Zelenskinin “qələbə planı”nı və Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər.
Bundan əvvəl Olaf Şolz Co Baydenlə birgə mətbuat konfransında NATO ölkələrinin Ukraynadakı münaqişədə birbaşa iştirakının qarşısı alınmalı olan daha böyük fəlakətə səbəb olacağını bildirmişdi.