Ağ Ev Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı ilkin əlamətlər görüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Ehtiyac yaranarsa, biz həmin istintaqa öz köməyimizi təklif etmişik”, – Kirbi vurğulayıb.