HAMAS atəşkəsi uzatmaq üçün girovları azad edə bilərdi, lakin bunun əvəzinə müharibəni seçdi.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes bildirib.
Hughes İsrailin atəşkəsdən sonra ən intensiv zərbələri endirdiyini və bütün girovlar qaytarılana qədər döyüşü davam etdirmək niyyətində olduğunu bildirib.
Ağ Ev rəsmisi əlavə edib ki, İsrailin hücumları girovları azad etmək üçün HAMAS-a təzyiq məqsədi daşıyır və bu əməliyyatların genişlənməsinin ilk addımıdır.