ABŞ-ın “məhsuldar danışıqları”ndan sonra Hindistan Rusiyadan neft idxalını 50 faiz azaldıb.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Ağ Evin nümayəndəsi Reuters agentliyinə açıqlamasında bildirib.
Ağ Evin bəyanatı ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından dərhal sonra verilib.
Oktyabrın 15-də Donald Tramp açıqlamasında bildirib ki, Hindistanın baş naziri Narendra Modi onu Rusiyadan neft alışını dayandıracağına əmin edib. Trampın sözlərinə görə, o, Modi ilə söhbətində Rusiyadan neft tədarükünün davam etməsindən “məmnun olmadığını” vurğulayıb.
ABŞ prezidenti həmçinin Çini də Rusiyadan neft idxalını dayandırmağa məcbur etmək istədiyini deyib. Buna cavab olaraq, Çin XİN Trampın bu tələblərinin “qlobal tədarük zəncirlərini sarsıtdığını” bəyan edib.