Ağ Ev “Kerem Şalom” buraxılış məntəqəsinin açılmasına münasibət bildiribbackend

Ağ Ev “Kerem Şalom” buraxılış məntəqəsinin açılmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılması üçün “Kerem Şalom” nəzarət-buraxılış məntəqəsinin açılması qərarını alqışlayır.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Sallivanın sözlərinə görə, keçid məntəqəsi açılmazdan əvvəl İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Çaxi Haneqbi ona belə bir qərarın verildiyi barədə məlumat verib. Bu, Qəzzanın Fələstin əhalisinə humanitar yardımın birbaşa çatdırılması üçün edilib.

Sallivan Vaşinqtonun bu mühüm addımı alqışladığını vurğulayıb.