2020-ci ildə başlayan COVID-19 pandemiyası Çinin Uhan şəhərində biolaboratoriyadan sızma ilə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi, Donald Tramp administrasiyasının Kanada, Çin və Meksikaya qarşı rüsumlar tətbiq etməsinin səbəblərini izah edən sənəddə deyilir.
“COVID-19 pandemiyası <…> ABŞ iqtisadiyyatına ən azı 14 trilyon dollar ziyan vurub və Çin Kommunist Partiyasının inkar etməkdə davam etdiyi Çinin Uhan şəhərindəki bir laboratoriyada yaranıb”, – məlumatda bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp Meksika, Kanada və Çinə qarşı rüsumların tətbiq olunduğunu açıqlamışdı. Meksika və Kanadadan gələn mallar üçün rüsum 25 faiz, Çindən gələn mallar üçün isə 10 faiz olacaq. CNN-in xəbər verdiyi kimi, tariflər daha yüksək xərclərə, tədarük zəncirlərinin pozulmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər.