Ağ Ev rəsmən Ukraynaya yardımı DAYANDIRDIbackend

Ağ Ev rəsmən Ukraynaya yardımı DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Ukraynaya bütün hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən gərgin görüşdən sonra verilib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Tramp Zelenskinin Amerikanın köməyinə görə təşəkkür etməməsindən narazılığını bildirib.

Ağ Ev sözçüsü deyib ki, Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə töhfə verməsi üçün Ukraynaya hərbi yardımını dayandırır və ona yenidən baxır.

Tramp həmçinin müdafiə naziri Pit Heqsetə Polşadan tranzit keçən silahlar da daxil olmaqla, bütün hərbi yardım daşımalarını dayandırmağı əmr edib.

“Bu, “Ukrayna liderləri sülhə səmimi sadiqlik nümayiş etdirənə qədər” davam edəcək”, – “Reuters” yazıb.

Qərar bir sıra yüksək rütbəli Amerika rəsmiləri ilə Ukraynaya hərbi yardımın nəzərdən keçirilməsi məsələsinin müzakirə olunduğu görüş fonunda qəbul edilib.

Məlumata görə, görüşdə dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, vitse-prezident J.D.Vens, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər rəsmi şəxslər iştirak ediblər.\\Unikal