Ağ Evin kadrlar üzrə direktoru Serxio Qorun SSRİ-də doğulduğu məlum olub.
NOCOMMENT.az xəbər verir ki, onun doğulduğu yer barədə məlumatı Times of Malta nəşri açıqlayıb.
“Məqalədə bildirilir ki, əsl soyadı Qoroxovski olan Hor SSRİ-nin Daşkənd şəhərində anadan olub”.
Nəşrin məlumatına görə, Ağ Evdə bir çoxları Qorun doğulduğu yerin açıqlanmamasından və “bu, Rusiya deyil” ifadəsindən sonra bu məsələ ilə maraqlanmağa başlayıb.
Bundan əvvəl The Washington Post Qor haqqında “bəlkə də heç vaxt eşitmədiyiniz ən nüfuzlu şəxs” başlıqlı material dərc etmişdi. Yazıda ABŞ prezidenti Donald Trampın yaxın çevrəsinə daxil olan Qorun guya Maltada doğulduğu iddia olunurdu.