ABŞ Rusiya ilə iqtisadi tərəfdaşlıq qurmaq imkanlarına icazə verir, lakin buna qədər Ukraynada döyüşlər bitməlidir.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Ağ Evin mətbuat katibi Karolin Levittə istinadən məlumat yayıb.
“Rusiyanın bu münaqişəyə son qoymağa həvəsi var və bu, Birləşmiş Ştatlarla iqtisadi tərəfdaşlıq ola bilər. Amma biz əvvəlcə atəşkəs görmək istəyirik”, – Levitt bildirib.
O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff “bunu aydın şəkildə ifadə ediblər”.
Aprelin 15-də Uitkoff Fox News-a bildirib ki, Rusiya ilə ABŞ arasında yeni münasibətlər ticarət yolu ilə qurula bilər. O qeyd edib ki, Ukraynadakı münaqişənin həlli böyük geosiyasi nailiyyətlərin başlanğıcı ola bilər.