Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən söhbət gedəndə Moskva və Vaşinqtonun maraqları üst-üstə düşür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts Fox News telekanalında bildirib.
“Düşünürəm ki, müharibənin dayandırılmasında maraqlarımız üst-üstə düşür. Təbii ki, [Rusiyanın] ukraynalılarla hələ də fikir ayrılığı var, ona görə də biz hər iki tərəfi bir-birinə yaxınlaşdırmalıyıq”, – telekanalın mənbəsi bildirib.
Uolts əlavə edib ki, bu, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı ilə başlayan tarixi ilk addımdır.