Ağ Ev Tehranı HƏDƏLƏDİ: Ehtiyatlı olunbackend

Ağ Ev Tehranı HƏDƏLƏDİ: Ehtiyatlı olun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerikanın maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarədir”.

NOCOMMENT.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib. “Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”-deyə, diplomat deyib.

ABŞ Prezidenti Co Bayden də İrana xəbərdarlıq edib. Jurnalistin “Suriyanı bombalayaraq İrana hansı siqnal göndərmək istəyirsiniz” sualına cavabında Bayden deyib: “Siz cəzasız hərəkət edə bilməzsiniz. Ehtiyatlı olun”.

Qeyd edək ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub. Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyindən bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub.

Qeyd edilir ki, hava zərbələri Prezident Co Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.

Publika.az