Ağ Ev: Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünürbackend

Ağ Ev: Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

O, həmçinin bildirib ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə və Ukrayna lideri Vladimir Zelenski ilə gözlənilən zəngdən sonra ictimaiyyətə açıqlamalar verəcək.

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Moskva Ukrayna məsələsində güzəştə getməsə, ABŞ prezidenti respublikaçı senator Lindsi Qrem (Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxildir) tərəfindən hazırlanmış Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini dəstəkləyə bilər.